​Anar Cəbrayıllı: “Metronun “Nizami” metrosu yaxınlığında zədələnən kanalizasiya xətti deyil”

​Anar Cəbrayıllı: “Metronun “Nizami” metrosu yaxınlığında zədələnən kanalizasiya xətti deyil” “Yenidənqurma işləri zamanı xətdə qəza baş verib”
İnfrastruktur
4 Fevral , 2016 16:43
​Anar Cəbrayıllı: “Metronun “Nizami” metrosu yaxınlığında zədələnən kanalizasiya xətti deyil”

Bakı. 4 fevral. REPORT.AZ/ “Metronun “Nizami” metrosu yaxınlığında zədələnən kanalizasiya xətti deyil, metroda toplanan qrunt sularını kənarlaşdırmaq üçün çəkilən 200 mm qrunt suları xəttidir”. “Report” xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllının sözlərinə əsasən, B.Məcidov küçəsində aparılan yenidənqurma işləri zamanı xətdə qəza baş verib: “Baş verən qəza Yasamal Sukanal İdarəsi tərəfindən aradan qaldırılıb. Qəza nəticəsində ətrafa axan sular isə qrunt suları olub”.

Son xəbərlər

Orphus sistemi