​Amerika aviaşirkətləri Azərbaycanda istədikləri xidmətləri göstərə biləcək

​Amerika aviaşirkətləri Azərbaycanda istədikləri xidmətləri göstərə biləcək AZAL-ın təyyarələri isə ABŞ-ın bir şəhərinə gəldikdən sonra sərnişin və ya yük götürərək başqa şəhərlərə uçuş yerinə yetirə bilər
İnfrastruktur
6 Aprel , 2016 15:00
​Amerika aviaşirkətləri Azərbaycanda istədikləri xidmətləri göstərə biləcək

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan və ABŞ arasında imzalanan aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi" (Open Skies Agreement) üzərində artıq 4 ildir hazırlıq işləri aprılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov bildirib. 

"Bu sazişin ərsəyə gəlməsində Azərbaycanın Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Xarici İşlər Nazirliyi və digər qurumların razılığı əldə edilib. Bu sənəd həm Azərbaycan, həm də ABŞ aviaşirkətlərinə iki ölkə daxilində məhduddiyyətsiz iş aparmağa imkan verir", - deyə şirkət rəsmisi qeyd edib.

"Məsələn, AZAL ABŞ-ın bir şəhərinə uçub gəldikdən sonra oradan sərnişin və ya yük götürüb başqa şəhərə uçuş yerinə yetirə bilər. ABŞ aviaşirkətləri də Azərbaycana gəldikdə sərbəst seçimlə istədikləri xidmətləri ala bilər, başqa şəhərlərdə bu fəaliyyəti davam etdirə bilərlər. Bir sözlə, mülki aviasiya sahəsində mövcud olan bütün məhdudiyyətlər bu sazişlə aradan qaldırılıb", - deyə A.Məmmədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi