AMEA-nın bəzi institutlarında struktur dəyişiklikləri edilib

AMEA-nın bəzi institutlarında struktur dəyişiklikləri edilib AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəz yaradılıb
İnfrastruktur
17 Fevral , 2016 18:33
AMEA-nın bəzi institutlarında struktur dəyişiklikləri edilib

Bakı. 17 fevral. REPORT.AZ/ AMEA-nın bəzi institutlarında struktur dəyişiklikləri edilib. Bu barədə "Report"a AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş növbəti iclasında AMEA-nın Fizika İnstitutunda Tətbiqi fizika şöbəsinin, Radiasiya Problemləri İnstitutunda, Riyaziyyat və Mexanika İnstitutunda isə təhsil şöbələrinin yaradılmasını məqsədəuyğun hesab edərək bu barədə qərar qəbul edilib. Həmçinin İnformasiya Texnologiyaları İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb.

Eyni zamanda, iclasda AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəzin yaradılması məsələsi müzakirə olunub. Beynəlxalaq təcrübəni nəzərə alaraq qiymətli cihaz və avadanlıqların istismarının səmərəliliyini artırmaq, AMEA-da plan üzrə aparılan fundamental və tətbiqi elmi tədqiqat işlərinin, həmçinin digər təşkilatlarla aparılan birgə kompleks işlərin səviyyəsini yüksəltmək, elmi avadanlıqların yüklənmə səviyyəsini artırmaq, lisenziyalaşma işlərini aparmaq məqsədi ilə AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəz yaradılıb. Kimya üzrə fəlsəfə doktoru Rüfət Məmmədov mərkəzin direktoru vəzifəsini icra edən təyin edililib.

Daha sonra iclasda AMEA-nın "Nafta" Elmi İstehsalat Birliyinin fəaliyyətinin təmin edilməsi məsələsinə baxılıb. “Nafta” Elmi İstehsalat Birliyi təsərrüfat-hesablı elmi xidmət müəssisəsinin nizamnaməsi qərarla təsdiq edilib. AMEA-nın İşlər idarəsinin nəzdində fəaliyyət göstərəcək müəssisənin direktoru vəzifəsinə kimya üzrə fəlsəfə doktoru Adəm Quluzadə təyin olunub.

Digər qərarla AMEA-nın “Türkologiya” jurnalının yeni redaksiya heyəti təsdiq edilib. Tədbirdə jurnalın XX əsrin ikinci yarısından sonra Azərbaycanda və türk dünyasında türkologiya elminin inkişafında müstəsna rolundan danışılıb. Əsasən filoloji elmi isitqamətlər üzrə fundamental elmi məqalələrin nəşrini həyata keçirən jurnalın uzun illər ərzində bu sahədəki nüfuzlu mütəxəssislərin əsas tribunası olduğu vurğulanıb. Rəyasət Heyətinin qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi