"Alstom" Azərbaycan üçün 300 mln. avroluq lokomotivlərin hazırlanmasına başlayıb

"Alstom" Azərbaycan üçün 300 mln. avroluq lokomotivlərin hazırlanmasına başlayıb Bununla bağlı Fransa hökuməti ilə danışıqlar aparılır
İnfrastruktur
5 Sentyabr , 2015 14:40
Alstom Azərbaycan üçün 300 mln. avroluq lokomotivlərin hazırlanmasına başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Fransanın “Alstom Transport” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin sifariş verdiyi 50 ədəd lokomotiv və onlar üçün elementlərin işlənib hazırlanmasına başlayıb. 

Bunu “Report”a açıqlamasında "Alstom"un Rusiya və MDB ölkələri üzrə baş vitse-prezidenti Martin Vojur bildirib: "Biz “Azərbaycan Dəmir Yolları” ilə işləyirik. Hazırda Fransanın "Coface" şirkətinin iştirakı ilə Fransa hökuməti tərəfindən maliyyə vəsaitinin ayrılmasına dair müqavilə üzərində işlərin tamamlanmasına dair məsləhətlər verilir".

M.Vojur bu prosesin sentyabr ayında yekunlaşacağına ümid etdiyini deyib.

Şirkət rəsmisi xatırladıb ki, lokomotivlərin tədarükünə dair tenderin qalibi məhz “Alstom” şirkəti olub və ilk müqavilə 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı, yekun müqavilə isə 2015-ci ilin may ayında imzalanıb.

M.Vojur 50 lokomotivin alınmasına dair müqavilənin dəyərinin təxminən 300 mln. avro olduğunu açıqlayıb: “Artıq lokomotivlərin elementlərinin və özlərinin işlənib hazırlanmasına başlamışıq”.  

Qeyd edəki, "Coface" xarici ticarət, xarici iqtisadi fəaliyyətlə bağlı sığorta riskləri sahəsində ixtisaslaşmış Fransa sığorta şirkətidir. 

Son xəbərlər

Orphus sistemi