Yuxarı

​Almaniya aviaşirkəti Azərbaycanda nümayəndəlik açır

Şirkət artıq Azərbaycanda rəsmən qeydiyyatdan keçib

Bakı. 13 yanvar. REPORT.AZ/ Almaniyanın "Hahn Air Lines GmbH." şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyatdan keçib. "Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, şirkətin hüquqi ünvanı olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78, mənzil 63, qanuni təmsilçisi Emil Vrgoc (Almaniya) qeyd olunub.

Bildirək ki, şirkət dövlət qeydiyyatına 2015-ci il dekabrın 14-də alınıb.

Qeyd edək ki, "Hahn Air"in səhmlərin 100%-i müxtəlif ölkələrdə ofislərə məxsus olan "Saspo Holding GmbH."-yə məxsusdur. "Hahn Air" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi