Aktau limanının rəhbəri: "Azərbaycan istiqamətində yük axınının həcmi artıb"

Aktau limanının rəhbəri: "Azərbaycan istiqamətində yük axınının həcmi artıb" Mixail Yalbaçev: "Yanvar ayının məlumatlarına görə, Türkiyə və Azərbaycandan Aktauya TIR daşıyan bərələrin sayı 10 dəfə artıb"
İnfrastruktur
11 Fevral , 2016 11:23
Aktau limanının rəhbəri: Azərbaycan istiqamətində yük axınının həcmi artıb

Bakı. 11 fevral. REPORT.AZ/ Qazaxıstandan Azərbaycan istiqamətində yük axınının həcmi artıb.

"Report" "Astana" telekanalına istinadən xəbər verir ki, bu barədə Aktau Beynəlxalq Dəniz Limanının prezidenti Mixail Yalbaçev məlumat verib.

"Azərbaycan istiqamətində yük axınının həcmi artıb. Bu, əsasən avtodaşınma səbəbiylə olub. Belə ki, yanvar ayının məlumatlarına görə, Türkiyə və Azərbaycandan Aktauya TIR daşıyan bərələrin sayı 10 dəfə artıb", - deyə M.Yalbaçev vurğulayıb.

Onun sözlərinə görə, Aktau dəniz limanında Ukraynadan böyük yük axını gözlənilir.

Xatırladaq ki, yanvar ayında Aktaudan Transxəzər marşrutu üzrə ilk Ukrayna-Çin qatarı keçib. Gürcüstan və Azərbaycandan keçdikdən sonra qatar bərə vasitəsilə Qazaxıstanın liman şəhərinə çatdırılıb, buradan isə dəmir yolu vasitəsilə Çinə yol alıb.

"Malgöndərənlər Ukraynadan gələcək yükün çox böyük olduğunu söyləyir. Hələ ki oradan ayrıca TIR-lar gəlir. Türkiyə tərəfdən olan axın qədər deyil. Hazırda logistika, hüquqi aspektlər üzərində işləyirik", - deyə Aktau limanının prezidenti deyib.

Son xəbərlər

Orphus sistemi