​Aktau-Bakı aviareysi təxirə salınıb

​Aktau-Bakı aviareysi təxirə salınıb Toz qasırğası təyyarənin havaya qalxmasına imkan verməyib
İnfrastruktur
31 Mart , 2015 13:27
​Aktau-Bakı aviareysi təxirə salınıb

Bakı. 31 mart. REPORT.AZ/ Aktau-Bakı istiqamətində həyata keçirilən aviareys təxirə salınıb. Uçuşun təxirə salınmasına Aktauda müşahidə edilən toz qasırğası səbəb olub.

Heydər Əliyev Hava Limanından "Report"a verilən məlumata görə, təxirə salınan "J2 218" nömrəli reysin bu gün saat 14:20 radələrində Bakı istiqamətində yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu reys martın 30-da təxirə salınıb. Aktau-Bakı istiqamətində həftənin hər günü saat 23:30 aviareyslər həyata keçirilir.

Toz qasırğası ilə əlaqədar "Bek Air" və "Air Astana" aviaşirkətlərinin də təyyarələri Almatı və Astanadan Aktauya uça bilməyiblər.

İngilis versiyası Aktau-Baku flight delayed

Son xəbərlər

Orphus sistemi