"Akkord" yeni 5 layihənin icrasına başlayır

"Akkord" yeni 5 layihənin icrasına başlayır Bu layihələr üzrə toplam 800 min kv. metrdən artıq yaşayış və qeyri-yaşayış sahələri inşa olunacaq
İnfrastruktur
27 Yanvar , 2016 15:31
Akkord yeni 5 layihənin icrasına başlayır

Bakı. 27 yanvar. REPORT.AZ/ "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Azərbaycanda yeni 5 layihə həyata keçirəcək. "Report" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Göksel Aybek məlumat verib.

G.Aybek bildirib ki, "Akkord" korporasiyası Biləcəri, Xocahəsən, Badamdar, Mərdəkan və Novxanıda yeni layihələr reallaşdıracaq. Baş direktorun sözlərinə görə, adıçəkilən layihə çərçivəsində 725 min kv. metr yaşayış və 80 min kv. m qeyri-yaşayış sahələrinin inşaası planlaşdırılır.

Qeyd edək ki, bu günədək şirkətin 10 illik toplam dövriyyəsi 3,5 mlrd. ABŞ dolları təşkil edib. 

Cari tikinti layihələri üzrə portfelin ümumi dəyəri 1,5 mlrd. manat, bu layihələr üzrə portfelin qalıq dəyəri isə 750 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi