"Akkord" rəhbəri mənzillərin satış qiymətinin artırılmasının əleyhinədir

"Akkord" rəhbəri mənzillərin satış qiymətinin artırılmasının əleyhinədir "Akkord" indiyədək inşa etdiyi yaşayış sahələrini tam həcmdə reallaşdırıb
İnfrastruktur
27 Yanvar , 2016 17:30
Akkord rəhbəri mənzillərin satış qiymətinin artırılmasının əleyhinədir

Bakı. 27 yanvar. REPORT.AZ/ "Hazırkı şərtlərdə Azərbaycanda mənzil bazarında satış qiymətləri artırılmamalıdır. İnsanlara cari iqtisadi vəziyyətə uyğun ev qiymətləri təqdim olunmalıdır". "Report"un xəbərinə görə, bunu "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin baş direktoru Göksel Aybek deyib. 

Onun sözlərinə görə, ölkədə milli valyutanın devalvasiyası 50% olduqda, mənzillərin də qiymətləri buna adekvat yüksəlməməlidir

"Burada iki məsələyə diqqət yetirmək lazımdır. Birincisi, inflyasiyaya baxmaq lazımdır. İnflyasiya ən az nə qədər olacaqsa, qiymətlər də o qədər qalxmalıdır. Devalvasiya zamanı insanların da alıcılıq qabiliyyəti düşür. Müvəqqəti olaraq insanlar özlərini toparlayanadək qiymətlər düşməlidir. Qiymətləri yüksəltmək, təşviş yaratmaq lazım deyil. Belə vəziyyətdə qiymətlər düşməyə məcburdur", - deyə G.Aybek qeyd edib. 

Şirkət rəhbəri əlavə edib ki, "Akkord"un indiyədək inşa etdiyi yaşayış sahələri 100% həcmdə reallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi