"Air Astana" Bakıya aviareyslərin sayını artıracaq

"Air Astana" Bakıya aviareyslərin sayını artıracaq İyulun 5-dən Almatı-Bakı reysləri həftədə 4 dəfə həyata keçiriləcək
İnfrastruktur
28 Mart , 2017 14:35
Air Astana Bakıya aviareyslərin sayını artıracaq

Bakı. 28 mart. REPORT.AZ/ "Ötən il "Air Astana" aviaşirkəti Azərbaycan və Qazaxıstan arasında uçuşlar zamanı təxminən 35 min sərnişin daşıyıb".

"Report" xəbər verir ki, bunu EXPO-2017 sərgisinə həsr olunmuş roud-şouda aviaşirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Daken Şemet deyib.

O, sərnişin sayının ildən ilə artdığını, amma iqtisadi böhrana görə sayının sabitləşdiyini bildirib.

"Air Astana" şirkətinin nümayəndəsinin sözlərinə görə, hazırda aviaşirkət Bakıdan Astana və Almatıya həftədə 3 dəfə uçuş həyata keçirir, iyunun 5-dən isə bu say 4-ə çatacaq.

Son xəbərlər

Orphus sistemi