Aİ ölkələri səfirliklərinin əməkdaşları Bakı limanında olublar - FOTO

Aİ ölkələri səfirliklərinin əməkdaşları Bakı limanında olublar - FOTO Görüşdə limanın ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr ətrafında müzakirələr aparılıb
İnfrastruktur
3 Dekabr , 2015 17:27
Aİ ölkələri səfirliklərinin əməkdaşları Bakı limanında olublar - FOTO

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Avropa İttifaqı və quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələrindən ibarət heyət Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib. Görüşdə Aİ-nin ölkəmizdəki nümayəndəliyi ilə yanaşı, Avstriya, Belçika, Niderland, Rumınya, İsveç, Yunanıstan, Böyük Britaniya, Danimarka, Almaniya və İspaniya səfirliklərinin əməkdaşları da iştirak ediblər. Bu barədə Bakı limanından "Report"a daxil olan xəbərdə bildirilir.

Görüş çərçivəsində qonaqlar Bakı limanı ilə tanış olub, limanın ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr ətrafında müzakirələr aparıb və limanın inkişaf strategiyası haqqında məlumat əldə ediblər. Bununla yanaşı, qonaqlara Bakı limanının şərqdən qərbə və şimaldan cənuba gedən iki çox mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə tarixi İpək Yolunun canlanmasında oynayacağı roldan bəhs edilib, limanın tikinti fazaları və burada yaradılacaq Beynəlxalq Logistika və Ticarət Zonası haqqında ətraflı məlumat verilib, qonaqların sualları cavablandırılıb. 

Qeyd edək ki, 2015-ci il martın 18-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yaradılılıb. Hazırda Bakı limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan BBDTL-in Ələtdə tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra illik yükaşırma qabiliyyətinin 25 mln. ton olması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi