Aİ komissarı: "Bakı limanının Avrasiyanın mərkəzi nəqliyyat və logistika qovşağı olmaq potensialı var"

Aİ komissarı: "Bakı limanının Avrasiyanın mərkəzi nəqliyyat və logistika qovşağı olmaq potensialı var" Yohannes Han: "Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasını alqışlayıram"
İnfrastruktur
16 İyun , 2017 16:54
Aİ komissarı: Bakı limanının Avrasiyanın mərkəzi nəqliyyat və logistika qovşağı olmaq potensialı var

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət edib.

"Report" xəbər verir ki, Y.Han limanda gördüklərinə heyran olduğunu bildirib.

Onun sözlərinə görə, Bakı limanının Avrasiyanın mərkəzi nəqliyyat və logistika qovşağı olmaq potensialı var.

O, həmçinin Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasını alqışladığını söyləyib.

Son xəbərlər

Orphus sistemi