Aİ: "Azərbaycanla imzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq"

Aİ: "Azərbaycanla imzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq" Bakı. 28 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycanla imzalanmağı planlaşdırdığı aviasiya sazişi ölkəyə turist axınını gücləndirəcək, milyonlarla avropalının Azərbaycana gəlməsinə səbəb olacaq.
İnfrastruktur
28 Sentyabr , 2018 17:18
Aİ: Azərbaycanla imzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqının (Aİ) Azərbaycanla imzalanmağı planlaşdırdığı aviasiya sazişi ölkəyə turist axınını gücləndirəcək, milyonlarla avropalının Azərbaycana gəlməsinə səbəb olacaq".

Bunu "Report"a açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, sazişin layihəsi Azərbaycan tərəfinə təqdim edilib: "Hazırda Azərbaycan sazişlə bağlı hesablama və qiymətləndirmə aparır, nəticəsini gözləyirik".

K.Yankauskas qeyd edib ki, hazırda Azərbaycanda aviabiletlər bahadır: "Bu sazişin imzalanması uçuşları ucuzlaşdıracaq. Bu isə milyonlarla avropalının həm biznes, həm istirahət üçün Azərbaycana üz tutmasına şərait yaradacaq. Saziş insanlara kömək etməklə yanaşı, əlaqələrimizi genişləndirəcək". 

Son xəbərlər

Orphus sistemi