Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşib

Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşib Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir
İnfrastruktur
6 Fevral , 2017 12:51
Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşib

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib. 

Bu barədə “Report” “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.

Həmin hissənin bərpası üçün əraziyə “Azəravtoyol”un texnikası və canlı qüvvəsi cəlb olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.

Son xəbərlər

Orphus sistemi