Ağstafada 4 avtomobil körpüsü inşa edilir - VİDEOREPORTAJ

Ağstafada 4 avtomobil körpüsü inşa edilir - VİDEOREPORTAJ Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində tikilir
İnfrastruktur
12 İyul , 2016 15:48
Ağstafada 4 avtomobil körpüsü inşa edilir - VİDEOREPORTAJ

Bakı. 12 iyul. REPORT.AZ/ Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir. 

“Azəravtoyol”dan "Report"a verilən məlumata görə, Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda 3, Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası davam etdirilir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində tikilir.

Sözügedən körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmiryolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 119 il bundan əvvəl, yəni 1897-ci ildə inşa edilib. Layihə çərçivəsində dəmiryolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Hazırda hər bir körpünün bünövrəsinin və dayaqlarının tikintisi işləri aparılır. Avtonəqliyyat vasitələrinin gediş-gəlişi üçün isə müvəqqəti yol salınıb.

Kür çayı üzərində inşa edilən körpü 3 aşırımlı olmaqla uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası aparılan körpü 3 aşırımlı olmaqla uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpü də 3 aşırımlı, uzunluğu 66 metr, dəmir yolu üzərindəki körpü isə 1 aşırımlı və 34 metr uzunluğunda olacaq. Hər bir körpünün hərəkət hissəsinin eni 11,5 metr, hər iki istiqamət üzrə piyada səkilərinin eni 1,5 metr olmaqla, ümumi eni 14,5 metr olacaq.

Layihəyə uyğun olaraq körpülərə yanaşma yollarının salınması da nəzərdə tutulub. Yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla, uzunluqları 1 250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi