Ağdaşda yol tikintisinə 9,6 milyon manat ayrılıb

Ağdaşda yol tikintisinə 9,6 milyon manat ayrılıb Bakı. 7 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ağdaş rayonunun Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
7 May , 2018 18:00
Ağdaşda yol tikintisinə 9,6 milyon manat ayrılıb

Bakı. 7 may. REPORT.AZ/ Prezident İlham Əliyev Ağdaş rayonunun Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, on üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi