Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti bərpa olunub

Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti bərpa olunub Yolun 2-ci zolağında endirilmiş sürət də əvvəlki həddinə qaldırılıb
İnfrastruktur
13 May , 2017 13:35
Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti bərpa olunub

Bakı. 13 may. REPORT.AZ/ Bu gün səhər saatlarında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Bakıda Zığ-Hava limanı avtomagistralında tam bağlanan yolda hərəkət yenidən bərpa edilib.

Bunu "Report"a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda məhdudlaşdırılmış hərəkət, 2-ci zolaqda isə sürət həddi bərpa edilib", - M.Ağayev əlavə edib.

Xatırladaq ki, bu gün səhər Zığ-Hava limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Avtomagistralın Zığ dairəsindən aeroport istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilirdi.

Son xəbərlər

Orphus sistemi