Aeromobilin bazara çıxarılması ləngiyir

Aeromobilin bazara çıxarılması ləngiyir Uçan avtomobil test sürüşü zamanı qəzaya uğrayıb
İnfrastruktur
12 May , 2015 12:14
Aeromobilin bazara çıxarılması ləngiyir

Bakı. 12 may. REPORT.AZ/ Artıq 2017-ci ildə satışa çıxarılması gözlənilən "Aeromobil" adlı uçan avtomobil test sürüşü zamanı yerə çırpılıb. Avtomobilə ciddi ziyan dəydiyi bildirilir.

“Report” Türkiyə KİV-inə istinadən məlumat verir ki, Slovakiyada 20 illik çalışmalar nəticəsində ortaya çıxan "Aeromobil" avtomobili test sürüşü vaxtı qəzaya uğrayıb, avtomobildə pilot da olub.

Mətbuatda yer alan xəbərlərə görə, uçan avtomobili idarə edən 54 yaşlı Stefan Kleyn (Stefan Clein) qəzadan əvvəl paraşütlə atlamağı bacarıb.

İxtiraçıların planlarına əsasən, nəqliyyat vasitəsi sayəsində həm quruda, həm də havada yol qət etmək mümkün olacaq. İki nəfərlik idman üslubunda dizayn olunan uçan avtomobildə avtopilot texnologiyası və real qəza vəziyyəti üçün iki ədəd paraşüt var.

Qeyd edək ki, qəza səbəbindən avtomobilin 2017-ci ildə bazara çıxarılması mümkün görünmür.

Son xəbərlər

Orphus sistemi