​“Aeroflot” Azərbaycanın müharibə veteranlarına pulsuz uçuş təklif edir

​“Aeroflot” Azərbaycanın müharibə veteranlarına pulsuz uçuş təklif edir Pulsuz uçuş 3-12 may tarixlərinə təsadüf edir
İnfrastruktur
12 Aprel , 2015 08:48
​“Aeroflot” Azərbaycanın müharibə veteranlarına pulsuz uçuş təklif edir

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiyanın “Aeroflot” aviaşirkəti faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə xüsusi aksiyaya təşəbbüs göstərib.

“Report” xəbər verir ki, aksiya çərçivəsində Rusiya, MDB ölkələri və əvvəllər SSRİ-yə daxil olan Baltikyanı ölkələrin ərazisində yaşayan və hazırda müvafiq dövlətlərin vətəndaşları olan Böyük Vətən Müharibəsi veteranları və əlilləri, faşizmin sabiq yetkinlik yaşına çatmayan məhbuslarına aviaşirkətin təyyarələrindən tam olaraq pulsuz istifadə xidməti təklif olunur.

Məlumata görə, güzəştli gediş müddəti - 2015-ci il mayın 3-dən 12-dək, biletlərin rəsmiləşdirilməsi dövrü isə aprelin 7-dən mayın 12-dəkdir.

Bundan əlavə, hər bir aksiya iştirakçısı özü ilə daha bir nəfərin gedişini pulsuz olaraq rəsmiləşdirə bilər. Pulsuz bilet Rusiya sərhədləri daxilində istənilən marşrut üzrə uçuş imkanları təqdim edir.

Son xəbərlər

Orphus sistemi