“ADY Express”: Rusiya şirkətləri BTQ ilə daşınmalara maraq göstərir

“ADY Express”: Rusiya şirkətləri BTQ ilə daşınmalara maraq göstərir Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Rusiyanın iri şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınmalara maraq göstərir”.
İnfrastruktur
12 Sentyabr , 2018 17:03
“ADY Express”: Rusiya şirkətləri BTQ ilə daşınmalara maraq göstərir
0 : 00
0 : 00

Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Rusiyanın iri şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınmalara maraq göstərir”.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti - "ADY Express” MMC-nin Strateji inkişaf və marketinq departamentinin baş mütəxəssisi Kamran Babayev Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət BTQ ilə Rusiya poladının aparıcı ixracatçılarından olan Maqnitoqorsk Metallurgiya Kombinatının (MMK) məhsulunu onun Türkiyədəki törəməsinə çatdırıb: “Bu marşrut üzrə il ərzində 250 min tona qədər metal məhsulların daşınması nəzərdə tutulub. Ümumi çəkisi 120 ton olan ilk 4 konteyner bu ilin avqustunda MMK-nın Türkiyədəki törəmə müəssisəsi olan “MMK Metalurji” şirkətinə çatdırılıb. Konteynerlər 5 min kilometrlik yolu 17 günə qət edib”.

K.Babayev qeyd edib ki, BTQ marşrutu MMK-ya Yaxın Şərq, Avropa, Afrika ölkələrinə Türkiyənin İskenderon şəhərində olan öz limanı vasitəsilə ixrac üzrə çatdırmaların şaxələndirilməsini nəzərdən keçirməyə imkan verir.

Şirkət təmsilçisi bildirib ki, MMK ilə əməkdaşlığın birinci mərhələsi artıq həyata keçirilib: “Daşınmaların tam gücü ilə gələn ilin ortalarında həyata keçiriləcəyi nəzərdə tutulub. İlk daşınma uğurla həyata keçirildi və bundan sonra Rusiyanın iri şirkətləri “ADY Express”lə əməkdaşlığa maraq ifadə etməyə başlayıblar”.

K.Babayev “ADY Express”in 2-3 aydan sonra vaqon daşınmalarına başlayacağını da deyib. 

Son xəbərlər

Orphus sistemi