Yuxarı
    Bağlamaq

    Abşeronda torpaqlardan düzgün istifadə ilə bağlı maarifləndirici işgüzar forum keçirilib

    Forumda “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimat olub

    Bakı. 14 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı Abşeron rayonunda maarifləndirici işgüzar forumlar keçirib.

    “Report” Komitəyə istinadən xəbər verir ki, tədbirdə yerli icra hakimiyyəti, bələdiyyələrin, torpaq istifadəçisi olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, iri torpaq mülkiyyətçilərinin və KİV təmsilçilərinin maarifləndirilməsi məqsədilə təşkil olunub.

    Forumda ƏMDK-nın nümayəndəsi “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib, iştirakçılara torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub.

    Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar cavablandırılıb. Xatıladaq ki, indiyə qədər Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan və Quba rayonlarında da belə maarifləndirici işgüzar forumlar keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi