Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır Azərbaycan Dəmir Yolları QSC (ADY) sərnişin sayının azalması ilə əlaqədar sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə bəzi elektrik qatarlarının hərəkətini müvəqqəti dayandıracaq.
İnfrastruktur
29 İyun , 2020 16:35
Abşeronda bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sayının azalması ilə əlaqədar sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə bəzi elektrik qatarlarının hərəkətini müvəqqəti dayandıracaq. 

Bu barədə “Report”a ADY-dən bildirilib.

Məlumata görə, Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarları hərəkətdə olmayacaqlar. 

Son xəbərlər

Orphus sistemi