​ABŞ-da ən bahalı evin qiyməti 195 mln. dollardır

​ABŞ-da ən bahalı evin qiyməti 195 mln. dollardır "Əmlak kralı" Ceff Qrineyə məxsus olan bu mülkün aylıq kirayə dəyəri 475 min dollar təşkil edir
İnfrastruktur
10 Noyabr , 2014 13:11
​ABŞ-da ən bahalı evin qiyməti 195 mln. dollardır
Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Bevereli zirvəsində yerləşən ev ölkənin əmlak bazarının siyahısında ən yüksək qiymətə - 195 mln. dollara qeydə alınıb. "Report"un "CNN Money"ə istinadən verdiyi məlumata görə, "Palazzo di Amore" (Sevgi Sarayı) adlanan mülkün ümumi sahəsi 53 min kv. metrdir. Villanın 12 yataq otağı, 23 vanna otağı, 25 hektar ərazidə yerləşən üzüm plantasiyası, 27 avtomobil üçün qarajı və 150 avtomobil dayanacağı var. Mülkün həyətində ayrıca qonaq evləri, bağça, SPA mərkəzi və uzunluğu 128 metrə çatan hovuz mövcuddur.

"Əmlak kralı" Ceff Qrineyə (Jeff Greene) məxsus olan bu mülkün aylıq kirayə dəyəri 475 min dollar təşkil edir. Evin əsas giriş pilləkəni 35 min kv. metrdir və burada eyni anda 1 000 adama xidmət göstərmək mümkündür. Həmçinin, villanın 50 nəfərlik teatr zalı, 250 nəfərin eyni anda nahar edə biləcəyi yeri də var.

"Palazzo di Amore"nin 10 min şərab şüşəsi saxlamaq üçün zirzəmisi var və əmlakların qiymətində ucuzlaşma olduğu deyilir. Belə ki, yaxınlıqda yerləşən "Holmby" zirvəsi bu ilin martında bazarda təklif edilən qiymətdən 23 mln. dollar ucuz - 102 mln. dollara satılıb.

Son xəbərlər

Orphus sistemi