Yuxarı

Abid Şərifov: "Bakıda yanan binanın təmiri məsələsində maliyyə problemi yoxdur"

Sentyabrın 15-dək binanın sakinləri mənzillərinə köçürüləcək

Bakı. 3 avqust. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanğın baş verən 16 mərtəbəli binanın sakinləri mənzillərinə sentyabrın 15-dək köçürüləcək. 

Bunu "Report"a açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.

O deyib ki, hazırda binada təmir işləri davam edir: "Orada görüləsi çox iş var. Çətinlik ondan ibarətdir ki, bina hündürmərtəbəlidir. Hər iş əllə görülür. Lakin məsələ ilə bağlı heç bir problem, o cümlədən maliyyə problemi də yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi