Abid Şərifov: "Bakının "Sovetski" məhəlləsində 2400-dən çox ev sökülüb"

Abid Şərifov: "Bakının "Sovetski" məhəlləsində 2400-dən çox ev sökülüb" Baş nazirin müavini: "Orada yaşıllıq, park, yollar olacaq, əlavə heç nə tikilməyəcək" "
İnfrastruktur
15 Dekabr , 2016 14:59
Abid Şərifov: Bakının Sovetski məhəlləsində 2400-dən çox ev sökülüb

Bakı. 15 dekabr. REPORT.AZ/ "Bakının keçmiş "Sovetski" məhəlləsində 2400-dən çox ev sökülüb. Köçürülən insanlar razıdılar və gecə-gündüz ölkə Prezidentinə dua edirlər".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

"Sovetski" məhəlləsində söküntü işləri tam başa çatandan sonra oradan necə istifadə ediləcəyinə gəlincə, A.Şərifov bununla bağlı mətbuatda yazılan bəzi məlumatları təkzib edib: "Orada heç nə olası deyil. Yaşıllıq, park, yollar olacaq. Əlavə heç nə tikilməyəcək". 

Son xəbərlər

Orphus sistemi