AAYDA : Zəlzələ yolda sürüşməyə səbəb olub

AAYDA : Zəlzələ yolda sürüşməyə səbəb olub Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.
İnfrastruktur
7 Fevral , 2019 10:51
AAYDA : Zəlzələ yolda sürüşməyə səbəb olub

Bakı. 7 fevral. REPORT.AZ/ Fevralın 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

“Hazırda AAYDA-nın əməkdaşları yollara baxış keçirir, yollara dəymiş ziyan aktlaşdırılır”,- o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi