Yuxarı

​AATA Azərbaycanda mülki aviasiyanın inkişafına kömək edəcək

Layihə 2016-cı ilin fevral ayından işə salınacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (AATA) mülki aviasiyanın inkişafında Azərbaycana kömək edəcək.

"Report" xəbər verir ki, bu barədə agentliyin rəsmi internet səhifəsində məlumat dərc edilib.

Məlumatda qeyd olunur ki, AATA Avropa Komissiyasından 5 milyon dollar vəsait alıb və bu vəsait Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna, Özbəkistan və Ermənistanın mülki aviasiyasının davamlı inkişafına dəstək üçün sərf olunmalıdır.

Layihəyə 2016-cı ilin fevralında start veriləcək və növbəti dörd il ərzində fəaliyyətdə olacaq.

Layihə çərçivəsində treninqlər, mülki aviasiyanın təhlükəsizlik menecmenti və administrasiya menecmentinin inkişafı, mövcud aviasiya sazişlərinin reallaşdırılmasına dəstək, beynəlxalq təhlükəsizlik standartları və müntəzəm harmonizasiya üzrə işlər həyata keçirilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi