Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu yenidən qurulur - VİDEO

Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu yenidən qurulur - VİDEO Yol boyu torpaq işlərinin 90%-i görülüb
İnfrastruktur
12 May , 2017 12:06
Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu yenidən qurulur - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 12 may. REPORT.AZ/ Ümumi uzunluğu 31 km olan Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolunda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən "Report"a daxil olan məlumata görə, 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi eni 10 metrdən 12 metrə qədər genişləndirilib. 

Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib.

"Tikinti işləri çərçivəsində 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1.5 metr enində çiyinlər qurulub, 7 metr enində yol əsasının salınması işləri aparılır ki, bu işlər də yekunlaşır. Yol boyu 90% torpaq işi görülüb. Bu işlərdən sonra yolun asfaltlanmasına başlanılacaq. Ümumilikdə yolun 200 min kv. m-dən çox sahəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində yolboyu 29 ədəd 0,5 və 1,25 metr diametrində dəmir-beton suötürücü borular tikiləcək, zəruri olan yerlərdə 270 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, daha sonra yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Torpaq və çınqıl örtüklü olan yolla vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış aylarında müəyyən çətinliklər yaranırdı. Avtomobil yolunun yenidən qurulması ilə bu problemlər həll olunacaq", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi