Yuxarı

"28 May" m/st. - Bakı aeroportu xəttində avtobuslar 24 saat işləyəcək

Bu istiqamətdə xəttə yeni avtobuslar buraxılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC "28 May" metrosu ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında ekspress avtobuslarını xəttə buraxıb.

"Report" xəbər verir ki, cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib ki, ekspress avtobuslar 24 saat fəaliyyət göstərəcək: "Hava limanı və "28 May" metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub. Mənzil başına 30 dəqiqəyə çatmaq mümkün olacaq".

Bu marşrutla gediş haqqı bir istiqamətdə 1,3 manat təşkil edir. Ödəniş ancaq kartla qəbul edilir.

Qeyd edək ki, "28 May" m/st. - Heydər Əliyev Beynəlxalq Hava Limanı xəttində Almaniyanın "MAN" şirkətinin istehsalı olan "Neoplan" markalı avtobuslar hərəkət edəcək. Avtobusda oturacaqların sayı 48-dir və ayaqüstə sərnişin daşınması nəzərdə tutulmayıb. Avtobusda internet, mini-mətbəx, ikili baqaj hissəsi və mini-ayaqyolu var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi