Yuxarı
    Bağlamaq

    2017-ci il mülki aviasiyada son 60 ilin ən təhlükəsiz ili olub

    Bakı. 3 yanvar. REPORT.AZ/ 2017-ci ildə dünyada mülki aviasiya ilə bağlı təyyarə qəzalarında 44 nəfər həyatını itirib ki, bu da 1946-cı ildən bəri ən aşağı həddir.

    “Report” xəbər verir ki, bu barədə “Aviation Safety Network” nəşri məlumat yayıb.

    Məlumatda həmçinin deyilir ki, sözügedən göstərici 2016-cı ildə 303, 2015-ci ildə 537, 2014-cü ildə isə 961 olub.

    Ötən il dünyada 14 nəfərin iştirakı ilə 10 mülki təyyarə qəzaya uğrayıb. Bunlardan 5-i sərnişin, 5-i isə yük təyyarəsi olub. 2017-ci ildə mülkvi aviasiya üzrə həyata keçirilmiş uçuşların sayı isə 36 mln.-u üstələyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi