2017-ci il mülki aviasiyada son 60 ilin ən təhlükəsiz ili olub

2017-ci il mülki aviasiyada son 60 ilin ən təhlükəsiz ili olub Bakı. 3 yanvar. REPORT.AZ/ 2017-ci ildə dünyada mülki aviasiya ilə bağlı təyyarə qəzalarında 44 nəfər həyatını itirib ki, bu da 1946-cı ildən bəri ən aşağı həddir.
İnfrastruktur
3 Yanvar , 2018 12:40
2017-ci il mülki aviasiyada son 60 ilin ən təhlükəsiz ili olub

Bakı. 3 yanvar. REPORT.AZ/ 2017-ci ildə dünyada mülki aviasiya ilə bağlı təyyarə qəzalarında 44 nəfər həyatını itirib ki, bu da 1946-cı ildən bəri ən aşağı həddir.

“Report” xəbər verir ki, bu barədə “Aviation Safety Network” nəşri məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, sözügedən göstərici 2016-cı ildə 303, 2015-ci ildə 537, 2014-cü ildə isə 961 olub.

Ötən il dünyada 14 nəfərin iştirakı ilə 10 mülki təyyarə qəzaya uğrayıb. Bunlardan 5-i sərnişin, 5-i isə yük təyyarəsi olub. 2017-ci ildə mülkvi aviasiya üzrə həyata keçirilmiş uçuşların sayı isə 36 mln.-u üstələyib. 

Son xəbərlər

Orphus sistemi