"20 Yanvar" metro stansiyasının girişində sərnişin sıxlığı yaranıb

"20 Yanvar" metro stansiyasının girişində sərnişin sıxlığı yaranıb Bu, əksər kartyükləmə aparatlarının işləməməsi ilə bağlıdır
İnfrastruktur
6 Yanvar , 2016 10:33
20 Yanvar metro stansiyasının girişində sərnişin sıxlığı yaranıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında kartyükləmə aparatlarının işində problem yaranıb və bu səbəbdən həmin stansiyada böyük sərnişin sıxlığı yaranıb. "Report" xəbər verir ki, stansiyanın girişində quraşdırılmış "BakıKart"ın 5 kartyükləmə aparatından 3-ü işləməyib.

"BakıKart" əməkdaşları sərnişinlərə aparatların qəpik qəbul etmədiyini, ancaq kağız pul yükləmək mümkün olduğunu bildiriblər. Sərnişinlərin verdiyi məlumata görə, bir müddət sonra həmin aparatlar ümumiyyətlə pul qəbul etməyib. Təxminən 1 saat ərzində texniki işçilərin bir neçə dəfə müdaxilə etməsinə baxmayaraq, həmin aparatların işə salınması mümkün olmayıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında hazırda həmin stansiyada 1 kartyükləmə aparatının işləmədiyini və tezliklə həmin problemin də aradan qaldırılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi