​Alatava küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

​Alatava küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb Küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən “Şamaxinka” adlanan əraziyə qədər uzanır
İnfrastruktur
20 May , 2015 12:29
​Alatava küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Bakı. 20 may. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri ilə əlaqədar 2-ci Alatava küçəsində bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə "Report"a "Azəryolservis"dən məlumat verilib.

Artıq küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə, küçənin 6 750 kv. metr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Səkilərə 800 paqon metrə yaxın səki daşları düzülüb. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdiriləcək, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçiriləcək.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən “Şamaxinka” adlanan əraziyə qədər uzanır.

"Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. “Azəryolservis” təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edir", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi