Bakının 14 qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılır

Bakının 14 qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılır “Azərsu” ASC Bakının Binəqədi rayonunun Binəqədi, Biləcəri, 28 may, Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Buzovna, Dübəndi, Pirallahı rayonunun Pirallahı, Sabunçu rayonunun Bilgəh, Maştağa, Sabunçu, Zabrat, Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrinin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.
İnfrastruktur
31 Oktyabr , 2019 12:12
Bakının 14 qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılır

“Azərsu” ASC Bakının Binəqədi rayonunun Binəqədi, Biləcəri, 28 may, Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Buzovna, Dübəndi, Pirallahı rayonunun Pirallahı, Sabunçu rayonunun Bilgəh, Maştağa, Sabunçu, Zabrat, Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrinin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

“Report” xəbər verir ki, tenderlərin qalibləri “Protean Construction” ASC, “Araz İnşaatçı”, “Arko Təmir Tikinti Şirkəti”, “Express Xim Servis”, “Hidro İnşaat Servis”, “I and R Construction”, “Mühəndis Tikinti Layihə”, “Sənaye Tikinti” MMC-lər, və Türkiyənin “Eren İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin yerli filialı olub.

Qalib şirkətlərə ümumilikdə 12 436 025 manat ödəniləcək.

Rayon Qəsəbə Qalib şirkət Ödəniləcək məbləğ (manat)
1 Binəqədi Binəqədi “Protean Construction” ASC 987 000
2 Binəqədi Biləcəri “Protean Construction” ASC 789 600
3 Binəqədi 28 may “Sənaye Tikinti” MMC 789 600
4 Xəzər Mərdəkan “Arko Təmir Tikinti Şirkəti” MMC 1 283 100
5 Xəzər Şüvəlan “Eren İnşaat Sanayi ve Ticaret” AŞ 2 270 100
6 Xəzər Buzovna “Hidro İnşaat Servis” MMC 789 600
7 Xəzər Dübəndi “I and R Construction” MMC 690 885
8 Pirallahı Pirallahı “I and R Construction” MMC 986 840
9 Sabunçu Bilgəh “Hidro İnşaat Servis” MMC 493 500
10 Sabunçu Maştağa “Express Xim Servis” MMC 789 600
12 Sabunçu Sabunçu “Mühəndis Tikinti Layihə” MMC 296 100
11 Sabunçu Zabrat “Mühəndis Tikinti Layihə” MMC 296 100
13 Suraxanı Əmircan “Araz İnşaatçı” MMC 987 000
14 Suraxanı Bülbülə “Araz İnşaatçı” MMC 987 000
Cəmi 12 436 025

Son xəbərlər

Orphus sistemi