Yuxarı
    Bağlamaq

    Muğam Mərkəzində Zeynal Cabbarzadənin yaradıcılığına həsr edilmiş konsert olub

    Bakı. 12 yanvar. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən növbəti konsert tanınmış şair-publisist Zeynal Cabbarzadənin yaradıcılığına həsr olunub.

    “Report” xəbər verir ki, tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

    Konsertdə şairin sözlərinə yazılmış mahnıları xalq artistləri –Teyyub Aslanov - “Həyat bizi sınayır” k/f-dən “Gözləməsin neyləsin”, Gülyanaq Məmmədova - “Tez gəl”, Zaur Rzayev - “Alagöz”, Samir Cəfərov - “İlk Bahar”, Gülyaz Məmmədova - “Yox-yox”, Əməkdar artistlər - Almaz Orucova - “Görüş” k/f-dən “Arzular”, Arzu Əliyeva - “Yenilməz batalyon” k/f-dən Teymurun mahnısı, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Rövşən Əziz - “Bizim Lənkəran”, Elgiz Əliyev - “Neynim” və müğənni Vüsalə Əsgərova - “Nə olar” mahnılarını ifa etdilər.

    Konsertin son nömrəsində “Ögey ana” və “Onu bağışlamaq olarmı?” k/f-ləridən popurri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova və Arzu Əliyevanın birgə ifalarında səsləndi.

    İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

    Tədbiri əməkdar artist Rəşad İlyasov aparıb.

    Konsert maraqla qarşılandı və gur alqışlarla sona çatıb.

    Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi