Yuxarı

Zərifə Salahova: "Miniatür Kitab Muzeyində 7500-dən çox kitab var"

Muzeyin Naxçıvan və Gəncədə filialları açılıb

Bakı. 6 iyun. REPORT.AZ/ "Miniatür Kitab Muzeyinin kolleksiyasında 7500-dən çox kitab var". 

Bunu "Report"a muzeyin təsisçisi və rəhbəri, görkəmli ictimai xadim Zərifə Salahova bildirib. 

Onun sözlərinə görə, muzeyin Naxçıvan və Gəncədə filialları açılıb: "Mənim adım 2015-ci ildə muzeydə saxlanan kitabların sayına görə "Ginnesin rekordlar kitabı"na düşüb. Ötən ildən göndərilən sertifikat muzeyin divarına asılıb. "Ginnesin rekordlar kitabı"na düşmək üçün kitabların ölçüsü 75/75 mm-dən çox olmamalıdır. Onların qoyduqları qayda budur. Bizim kitabların ölçüsü belə hesablanıb. Amma sovet dövründə miniatür kitabların ölçüsü 100/100 mm-dən hesablanırdı". 

Xatırladaq ki, Z.Salahova Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2012-ci ildə isə Aleksandr Lukaşenkonun fərmanı ilə Belarus Respublikasının dövlət mükafatı - "Fransisk Skarina" medalına layiq görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi