“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar başa çatıb

“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar başa çatıb Seminar sayəsində muzeylər arasında qurulan əməkdaşlıq əlaqələri daha da genişlənib
İncəsənət
28 Yanvar , 2017 16:33
“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar başa çatıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminarın sonuncu günü keçirilib.

Muzeydən "Report"a verilən məlumata görə, İCOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin dəstəyi ilə keçirilən seminar yanvarın 27-də yekunlaşıb.

Seminar zamanı kulturoloq və əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Azərbaycan Xalça Muzeyindən Mira Məmmədxanova öz məruzələri ilə çıxış ediblər. Eyni zamanda, burada Gürcüstan Milli Muzeyinin nümayəndəsi Ermini Marqadze öz zərgərlik nümunələrini nümayiş etdirib.

Seminar sayəsində muzeylər arasında qurulan əməkdaşlıq əlaqələri daha da genişlənib. Azərbaycan Xalça Muzeyi və P.S.Həmzətova adına Təsviri İncəsənət Muzeyi arasında niyyət protokolu imzalanıb. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hər iki muzey elmi-tədqiqat, təcrübə mübadiləsi, həmçinin muzeylərin fəaliyyəti haqqında informasiyanın toplanması, elmi-metodiki ədəbiyyat üzrə əməkdaşlıq edərək birgə sərgi layihəsi həyata keçirəcəklər.

Daha sonra tədbir iştirakçıları “Reinkarnasiya” sərgisinin açılış mərasimində də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi