Yuxarı

“Zamanla üz-üzə” IV beynəxalq musiqi layihəsi keçiriləcək

Layihə çərçivəsində Seçmə qüsurlar musiqili tamaşası nümayiş etdiriləcək

Bakı. 23 fevral. REPORT.AZ/ Martın 2-dən 4-dək Bakıda "Zamanla üz-üzə" IV beynəxalq musiqi layihəsi çərçivəsində "Seçmə qüsurlar" musiqili tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, musiqili tamaşa teatr bəstəkarlarının əsərləri əsasında hazırlanıb.

Qeyd edək ki, Bakıda 4-cü dəfə keçiriləcək musiqi layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Layihənin rəhbəri əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir.

"Zamanla üz-üzə" beynəlxalq musiqi layihəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijorlar Rauf Abdullayev, Fuad İbrahimov və solistlər iştirak edəcək.

Layihədə önəmli məqam səslənəcək müasir musiqi əsərlərinin ilk dəfə ifa edilməsindən ibarətdir.

"Zamanla üz-üzə" musiqi layihəsinin açılışı Dövlət Gənc Taamaşaçılar Teatrında olacaq. Konsertlər teatrla yanaşı, Dövlət Filarmoniyasının səhnəsində nümayiş etdiriləcək.

Layihənin ikinci mərhələsi aprelin 13-15-də olacaq.

Xatırladaq ki, 2007-2008-ci illər mövsümündə reallaşdırılmış ilk layihənin 12 konsertində barokko və klassisizm musiqisindən müasir bəstəkarların əsərlərinə qədər geniş spektri əhatə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi