Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkilir

Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkilir Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-ın “Netflix” kinoşirkəti məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkmək hüququnu əldə edib.
İncəsənət
6 Mart , 2019 21:05
Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkilir
Geek Reply

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-ın “Netflix” kinoşirkəti məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkmək hüququnu əldə edib.

“Report” RT-yə istinadən xəbər verir ki, icraçı prodüser olaraq yazıçının oğlanları - RodriqoQonsalonun iştirak etdikləri layihə roman əsasında serial yaradılmasını nəzərdə tutur. Çəkilişlərin əsas hissəsi yazıçının vətəni Kolumbiyada aparılacaq.

1927-ci ilin martın 6-da doğulan mərhum yazıçının ən məşhur əsərlərindən olan “Yüz ilin tənhalığı” romanı ilk dəfə 1967-ci ildə 8 min tirajla işıq üzü görüb. Daha sonra 46 dildə 50 milyon nüsxə ilə nəşr edilib.

Son xəbərlər

Orphus sistemi