Yuxarı

​YUNESKO-nun Ümumdünya İrs Siyahısına 5 yeni obyekt daxil edilib

Yeni obyektlər Almaniya, Norveç, Britaniya, İsrail və ABŞ-da yerləşir

Bakı. 5 İyul. REPORT.AZ/ YUNESKO-nun Ümumdünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına 5 yeni obyektin daxil edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, yeni obyektlər Almaniya, Norveç, Böyük Britaniya, İsrail və ABŞ ərazisində yerləşir.

Siyahıya daxil edilib: Hollandiyanın Rükan və Nuttoden şəhərlərinin havadan istifadə etməklə azot gübrələri istehsalı məqsədi ilə inşa edilmiş tarixi sənaye kompleksi;

Hamburqda Şpayxerştadt gömrük anbar kompleksi və Kontorhaus məhəlləsi;

Şotlandiyada Fort-Bric körpüsü. Bu, dünyanın ən böyük konsol körpüsüdür. 1890-cı ildə inşa edilib;

İsraildə eramızın II əsrində yəhudilərin dirçəliş rəmzi hesab edilən Beyt-Şearim nekropolu;

ABŞ-da XVIII əsr missioner-fransiskanlarının dini dayağı olan Missiya Alamo muzeyi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi