Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət YUĞ Teatrında yeni tamaşanın premyerası olacaq.
"Report" xəbər verir ki, dekabrın 3-də teatr mərhum dramaturq Rövşən Ağayevin "13" adlı əsəri əsasında hazırlanan tamaşanı nümayiş etdirəcək.
Tamaşaya quruluşu əməkdar artist Vidadi Həsənov verib.
Rolları YUĞ Teatrının iki aktyoru Oqtay Mehdiyev və Könül Cəfərzadə canlandıracaq.
Tamaşanın musiqi tərtibatı Amid Qasımova, səhnə tərtibatı Umay Minnura aiddir.