YUĞ Teatrında "Məhşər günü" tamaşası nümayiş etdiriləcək

YUĞ Teatrında "Məhşər günü" tamaşası nümayiş etdiriləcək Tamaşa gürcü yazıçı Gela Dumbadzenin eyniadlı pyesi əsasında hazırlanıb
İncəsənət
12 İyul , 2016 12:19
YUĞ Teatrında Məhşər günü tamaşası nümayiş etdiriləcək

Bakı. 12 iyul. REPORT.AZ/ YUĞ Dövlət Teatrında gürcü yazıçı Gela Dumbadzenin “Məhşər günü” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi olacaq.

Teatrdan "Report"a verilən məlumata görə, tamaşaya baş rejissor Gümrah Ömər quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.

Pyesi Azərbaycan dilinə dramaturq Nəriman Əliyev tərcümə edib.

Janrı bir bölümlü əcəl oyunu kimi təyin olunan tamaşada əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə çıxış edir.

“Məhşər günü” tamaşasında uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edilir.

Tamaşanın xronometrajı 70 dəqiqədir.

Son xəbərlər

Orphus sistemi