Yuxarı

YUĞ Teatrında "Medeya" və "Rindü-şeyda" hazırlanır

Hər iki tamaşanın premyerası mayda olacaq

Bakı. 29 aprel. REPORT.AZ/ YUĞ Dövlət Teatrında yeni tamaşa hazırlanır. Rejissor Mikayıl Mikayılov Vladimir Klimenkonun "Medeya Teatrı" pyesi əsasında yeni əsərə quruluş verir.

Bu barədə "Report"a YUĞ Dövlət Teatrından məlumat verilib.

Tamaşa apokrifik etiraf yanrındadır. 1 saat 15 dəqiqəlik əsər Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında olan dialoqdur. Qəhrəmanlardan biri uşaqlarını öldürməmişdən əvvəl, o biri isə uşaqları öldükdən sonra özlərini necə aparmağa çalışan obrazlardır.

Tamaşanın rəssamı Umay Minnurdur.

Rolları əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edir.

Tamaşanın şüarı - gələcək və dərhal keçmiş, indiki zaman yoxdur və dərhal ölüm hər şey həmişəki kimi...

YUĞ Teatrında hazırlanan ikinci tamaşa "Rindü-şeyda" adlanır. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Gümrah Ömərdir. Tamaşa, Məhəmməd Füzulinin qəzəlləri və Azərbaycan poeziya nümunələri əsasında hazırlanır.

Rolları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edəcək.

Hər iki tamaşanın premyerası may ayında olacaq.

Xatırladaq ki, YUĞ Teatr müvəqqəti olaraq Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyət göstərir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi