Yuxarı
    Bağlamaq

    "YUĞ" Teatrı "Sonuncu"nu tamaşaya qoyacaq

    Tamaşaya xalq artisti Ramiz Həsənoğlu quruluş verib

    Bakı. 22 aprel. REPORT.AZ/ "YUĞ" Dövlət Teatrı gənc yazar Pərvinin "Sonuncu" adlı əsəri əsasında yeni tamaşa hazırlayır.

    "Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti, əməkdar incəsənət xadimi Ramiz Həsənoğludur. Birpərdəli pyesdə əməkdar artist Fərhad İsrafilov, aktyor Hikmət Rəhimov və aktrisa Könül Cəfərzadə çıxış edir.

    Ramiz Həsənoğlu "Report"a açıqlamasında bildirib ki, hazırda tamaşanın son məşqləri gedir: "Əsər yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi