YUĞ Teatrı Londonun Aloff Teatrı ilə birgə tamaşa hazırlayacaq

YUĞ Teatrı Londonun Aloff Teatrı ilə birgə tamaşa hazırlayacaq Layihə çərçivəsində ingilis rejissor Metyu Zək Peniş H.İbsenin "Oyuncaq ev" pyesinin adaptasiya variantı əsasında tamaşa quracaq
İncəsənət
29 Aprel , 2016 15:51
YUĞ Teatrı Londonun Aloff Teatrı ilə birgə tamaşa hazırlayacaq

Bakı. 29 aprel. REPORT.AZ/ YUĞ Teatrı Londonun Aloff Teatrı ilə birgə tamaşa hazırlayacaq.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Birgə layihə çərçivəsində ingilis rejissor Metyu Zək Peniş H.İbsenin "Oyuncaq ev" pyesinin adaptasiya variantı əsasında YUĞ Teatrında tamaşa səhnəyə qoyacaq.

Tamaşada Yuğ Teatrının aktyorları iştirak edəcəklər. Tamaşanın məşqləri may ayının əvvəllərində başlayacaq, mayın sonunda isə yeni əsərin premyerası nəzərdə tutulub.

Qeyd edək ki, Londonun Aloff Teatrı özəl teatrdır. Teatrın rəhbəri həmyerlimiz Sənan Əliyevdir.

Son xəbərlər

Orphus sistemi