Yuğ Dövlət Teatrının direktoru Beynəlxalq Teatr Festivalında iştirak edir

Yuğ Dövlət Teatrının direktoru Beynəlxalq Teatr Festivalında iştirak edir Seminarda dünyanın bir çox ölkələrindən nüfuzlu teatr xadimləri iştirak edir
İncəsənət
1 Sentyabr , 2017 13:10
Yuğ Dövlət Teatrının direktoru Beynəlxalq Teatr Festivalında iştirak edir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov 30 avqust - 6 sentyabr tarixlərində İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festival çərçivəsində keçirilən eyniadlı seminarda (30-31 avqust tarixlərində) T.Rəsulov “Ritual tamaşasında spontan ifaçılıq texnikası” (Spontaneous acting in the ritual performance) adlı məruzə edib. 

Xatırladaq ki, seminara Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən – Efiopiya, Bolqarıstan, Portuqaliya, Fransa, Malayziya, Belçika, Kanada və İrandan nüfuzlu teatr xadimləri qatılıb. 

Son xəbərlər

Orphus sistemi