Yuğ Dövlət Teatrında premyera: “Səsimi unutma”

Yuğ Dövlət Teatrında premyera: “Səsimi unutma” Tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq
İncəsənət
7 İyun , 2017 10:59
Yuğ Dövlət Teatrında premyera: “Səsimi unutma”

Bakı. 7 iyun. REPORT.AZ/ Yuğ Dövlət Teatrında iyunun 8-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşasının premyerası keçiriləcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerifdir. 

Janrı bir bölümlü yuğlama kimi təyin olunan tamaşanın geyim üzrə rəssamı L.Əliyeva, musiqi tərtibatçısı Amid Qasımova məxsusdur.

Tamaşada əməkdar artistlər Məmmədsəfa Qasımov (Kişi), Gülzar Qurbanova (Qadın), aktyorlar Amid Qasımov (Oğlan səsi) və Ləman Novruzova (Qız səsi) çıxış edir.

İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin elçisi – sevimli qadın səbrlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.

Tamaşanın xronometrajı 70 dəqiqədir.

Tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi