Yuxarı

Yeseninin 120 illik yubileyi Bakı Uşaq Teatrında yad ediləcək

Tamaşa Teatr Xadimləri İttifaqında baş tutacaq

Bakı. 11 mart. REPORT.AZ/ Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr studiyasının yeni tamaşası nümayiş olunacaq.

"Report" xəbər verir ki, tamaşa Milli Teatr Bayramı ərəfəsində Yeseninin 120 illiyi münasibətilə oynanılacaq.

Martın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqının zalında nümayiş etdiriləcək "Yesenin" tamaşasının ssenari müəllifi və rejissoru Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.

Baş rolları Allan Suleykin və Leyla Yusubova ifa edəcək.

Tamaşa saat 15.00-da başlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi