Yeganə Əsgərova: "Bu gün ilk dəfədir ki, İlhamsız doğum gününü qeyd edirik"

Yeganə Əsgərova: "Bu gün ilk dəfədir ki, İlhamsız doğum gününü qeyd edirik" Azərbaycanın məhrum xalq artisti İlham Əsgərovun 58 yaşı tamam olur
İncəsənət
16 İyul , 2016 18:04
Yeganə Əsgərova: Bu gün ilk dəfədir ki, İlhamsız doğum gününü qeyd edirik

Bakı. 16 iyul. REPORT.AZ/ "Bu gün ilk dəfədir ki, İlhamsız doğum gününü qeyd edirik. Ağırdır. Hələ də onun yoxluğu ilə barışa bilmirik. Yaşasaydı, 58 yaşı tamam olacaqdı".

Bunu "Report"a açıqlamasında  Azərbaycanın məhrum xalq artisti İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova deyib. 

Onun sözlərinə görə, İ.Əsgərovun anadan olduğu gün sənədində fərqli yazılıb: "Əslində İlham iyulun 6-da anadan olub. Amma ailədə ondan əvvəl iki bacısı doğulandan 10 gün sonra vəfat edib. Bu səbəbdən atası İlhamın doğum gününü 6 iyulda yox, 16 iyulda yazdırıb".

Y.Əsgərova bildirib ki, iyulun 6-da və 15-də ailəsi İ.Əsgərovun dəf olunduğu Masallıya gedərək məzarını ziyarət edib: "Neyləyək, bundan başqa əlimizdən heç nə gəlmir. Özümüzü belə ovuduruq. Onsuz çox çətindir. Bu gün televiziya kanallarında İlham haqqında verilişlər gedəcək, xatirəsinə həsr edilən filmin premyerası olacaq. "Bulaq" verilişinin saat 23.00-də efirə gedəcək buraxılışı İlhamın xatirəsinə həsr olunub. Onu unutmayanlar, sevənlər çoxdur. Sağ olsunlar".

Xatırladaq ki, İlhgam Əsgərov 1958-ci ildə Masallının Xoşçobanlı kəndində anadan olub. O, 2015-ci il sentyabrın 6-da vəfat edib. İ.Əsgərov doğulduğu kənddə torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi