Yuxarı

"Yeddi gözəl" bu dəfə qonaqların şərəfinə oynanılacaq

Qara Qarayevin ecazkar musiqisi səslənəcək

Bakı.19 dekabr. REPORT.AZ/ Bu gün Akademik Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin "Yeddi gözəl" baleti, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 5-ci iclasında iştirak etmək üçün Bakıya gəlmiş qonaqların şərəfinə nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Akademik Opera və Balet Teatrı yayıb.

Dekabrın 20-də isə teatrın səhnəsində C.Rossininin "Sevilya bərbəri" operasının nümayişi olacaq. Operada əsas heyət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərindən ibarətdir. Baş rollarda qonaq aktyorlar Belarusiyanın əməkdar artisti Vladimir Qromov və Ukraynanın əməkdar artisti Andrey Qonyukov çıxış edir. Rolarda əməkdar artistlər Fidan Hacıyeva, Əkrəm Poladov, Fərid Əliyev və Səbinə Əsədova çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi